Türkiyə ötən il 1140 terrorçunu məhv edib

  • By admin
  • 04 Yanvar 2022 19:53

2021-ci il ərzində Türkiyə 143 min 321 antiterror əməliyyatı keçirib.

Gununsesi.info-nun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər nazirinin müavini, nazirliyin sözçüsü İsmayıl Çataklı jurnalistlərə açıqlamasında deyib.

HTML tutorial

O qeyd edib ki, il ərzində bütün terror təşkilatlarından olan 1 140 terrorçu zərərsizləşdirilib. Çataklı həmçinin 2021-ci ildə 183 terror aktının qarşısı alındığını bildirib.

Sözçü narkotiklərlə mübarizə çərçivəsində isə 2021-ci ildə həyata keçirilən 215 min 228 əməliyyatda 293 min 905 nəfərin saxlanıldığını, 26 min 128 nəfərin həbs edildiyini vurğulayıb.

 

 

Gununsesi.info