Müdafiə Sənayesi İdarəsinin rəhbəri prof.dr. İsmail Demir milli sualtı qayıqlaırn 6-nın 2020-ci ilə qədər silahlı qüvvələrə təslim ediləcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, İsmail Demir motor, generator, batareya sistemləri xaric hər şeyin milli imkanlarla edildiyini bildirib.
İsmail Demir ilk milli sualtının uzunluğunun 66 metr, eninin isə 6,3 metr olacağını bildirib.
İsmail Demir qondarma erməni soyqırımı haqqında qərar qəbul edən Almaniya ilə əməkdaşlığa yenidən baxılacağına işarə vurub.
Türk hərbi sənayesi 2020-ci ildə əsaən milli imkanlarla istehsal olunan 4 hərb gəmisinin də dəniz sularına buraxılmasını planlaşdırır. (Musavat)