
Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında yeni hökumətin tərkibi təsdiqlənib. Gununsesi.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə qurulan 65-ci hökumətə etimadla bağlı səsvermə keçirilib. Səsvermədə iştirak edən deputatlar hökumətə etimad göstərib.