Türkiyə parlamentindəki İsveç qərarından sonra ABŞ-dan F-16 MESAJI

  • By admin
  • 27 Dekabr 2023 14:25

ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük təklifinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasından keçməsini alqışlayıb və ABŞ prezidenti Co Baydenin F-16-ların Türkiyəyə satışına açıq dəstəyinin davam etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, İsveçin Şimali Atlantika Müqaviləsinə (NATO) qoşulmasına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.

ABŞ Dövlət Departamenti Türkiyənin İsveçin NATO-ya üzvlüklə bağlı atdığı son addımı alqışladığını qeyd edib.

“Prezident Bayden uzun müddətdir ki, NATO-nun əməliyyat qabiliyyətini artıracaq Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə açıq dəstəyini davam etdirir”, – deyə Dövlət Departamentinin açıqlamasında bildirilib.

ABŞ Dövlət Departamenti həmçinin bəyan edib ki, Ankaraya F-16 satışı ilə bağlı Konqresə rəsmi məlumat verilməyənə qədər bu cür xarici silah satışı prosesləri ilə bağlı açıqlama və ya şərh verə bilməyəcəklər.

Gununsesi.info