Türkiyə Parlamentinin sədri Mustafa Şentop Bakıya səfər edəcək.
Gununsesi.org–un məlumatına görə, M.Şentopun Bakıya səfəri 18-19 dekabrda baş tutacaq.
Bildirilir ki, M.Şentop Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu iclasında iştirak edəcək.
Türkiyə Parlamentinin spikeri Bakıya səfər çərçivəsində Azərbaycanın rəsmiləri ilə görüşlər keçirəcək.