Türkiyə polisi Ankarada terror aktı planlaşdıran 17 İŞİD üzvünü saxlayıb

  • By admin
  • 10 Fevral 2018 19:21


Türkiyə polisi Ankarada terror aktı planlaşdıran 17 İŞİD üzvünü saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, İstanbulun 3 rayonunda keçirilən xüsusi əməliyyat zamanı daha 31 terrorçu saxlanılıb. Saxlanılanların hamısı xarici ölkə vətəndaşlarıdır.

Türkiyənin hüquq-mühafizə orqanları bu günə kimi İŞİD-lə əlaqədə olan 5 mindən çox şübhəlini saxlayıb.

Gununsesi.info