Türkiyə – Portuqaliya oyununun hakimləri bəlli olub

  • By ilhame
  • 20 İyun 2024 13:19

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda keçiriləcək Türkiyə – Portuqaliya matçının hakimləri açıqlanıb.

 

Gununsesi.info xəbər verir ki, matçı almaniyalı Feliks Zvayer idarə edəcək.

 

Ona Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcəklər.

 

Qarşılaşmanın 4-cü hakimi isə Xesus Gil Manzano (İspaniya) olacaq.

 

Qeyd edək ki, Türkiyə – Portuqaliya görüşü iyunun 22-si keçiriləcək.

 

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Gununsesi.info