Türkiyə prezidenti: Suriyanın taleyini suriyalılar özləri həll etməlidir

  • By Günel
  • 09 Dekabr 2024 23:11
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın taleyini suriyalılar özləri həll etməlidir.
Gununsesi.info xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

“Suriya dini mənsubiyyətləri ilə suriyalılara məxsusdur. Suriyada qərarları məhz Suriya xalqı verəcək”, – Ərdoğan vurğulayıb.