Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah bir günlük işgüzar səfərlə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin məlumatında deyilir.
Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Məlumata görə, liderlər ikitərəfli Türkiyə-Azərbaycan münasibətlərini müzakirə edəcəklər.
Həmçinin, aktual regional və beynəlxalq problemlər, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Türkiyə və Azərbaycan prezidentlərinin İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan hərbi kompleksinin açılışında iştirakı gözlənilir.
Səid Əhmədli
Gununsesi.info