
“Netanyahu adlı bu adamın əlini həyatımda bir dəfə sıxdım. Təbii ki, bizim yaxşı niyyətimiz var idi və ondan sui-istifadə etdilər”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.
“İsrailə getmək üçün layihəmiz var idi və onu ləğv etdik. Bizim xoş niyyətimizdən sui-istifadə etdilər”, – deyə o bildirib.
“İsrail uşaqları öldürür, biz uşaqların öldürülməsinə icazə verməyəcəyik. Çünki bizim də insanlıq payımız var. İsrailin Qəzzaya hücumları həm qətl, həm də ruhi xəstəlik əlamətidir”, – Ərdoğan əlavə edib.
“Sözə gəlincə, demokratiyanı, plüralizmi heç kimə buraxmayanların faşist simasına heyranlıqla baxırıq”, – deyə o bildirib.
Gununsesi.info