Türkiyə Prezidenti Macarıstana səfər etməyi planlaşdırır

  • By ilhame
  • 06 Dekabr 2023 21:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırdığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində qeyd edib.

“İnşallah dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırırıq”, -deyə, o bildirib.

Onun sözlərinə görə, dekabrın 7-də Yunanıstana səfər nəzərdə tutulub.

Gununsesi.info