Türkiyə prezidenti Misirə gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edə bilər.

 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.

 

“Tez bir zamanda Misirə səfərim təşkil oluna bilər. Bu səfər mümkündür”, – o deyib.

 

Qeyd olunub ki, səfər çərçivəsində əsas müzakirə mövzusunun Qəzza məsələsi olacağı gözlənilir.

 

Ərdoğan ölkəsinin hərbi sənaye uğurlarından da söz açıb və inkişafdan danışıb.

 

 

Gununsesi.info