Türkiyə Prezidentinin Albaniyaya səfər proqramı açıqlanıb

  • By admin
  • 16 Yanvar 2022 16:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Albaniyaya səfər edəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

HTML tutorial

Səfər çərçivəsində strateji ortaq olan Türkiyə və Albaniya münasibətlərinin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

R. T. Ərdoğan 2019-cu ildə Albaniyada zəlzələ zamanı evlərini itirən ailələr üçün Türkiyə tərəfindən Laç şəhərində tikilən evlərin təqdim edilməsi mərasimində də iştirak edəcək.

Tiranada isə yenidən qurulmuş Ethem Bəy məscidinin açılışı olacaq. Türkiyə Prezidenti Albaniya parlamentində də çıxış edəcək.

 

Gununsesi.info