Türkiyə Prezidentinin baş müşaviri Məhəmməd Əmin Rəsulzadədən yazdı

  • By admin
  • 06 Mart 2024 12:17

Bu gün Türk dünyasının iki fikir adamının vəfatının ildönümüdür. Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu vəfatlarının ildönümündə Türkçülük hərəkatının və Türkiyənin milli ədəbiyyatının qurucularından olan Ömər Seyfədinin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr olunmuş məqalə yazıb.

Gununsesi.info Yalçın Topçunun həmin məqaləsini təqdim edir:

Millətin varlığının vəsiləsi olan dəyərlərimizi gözəl dərk edəcək nəsillərimizin əllərində şan və şərəflə dolu keçmişimizi yenə şan və şərəflə dolu gələcəyə çatdıracağıq.

Bugünkü yazımızda millətimizin iki böyük və dəyərli övladının axirətə köçməsini xatırlamaq və anlamaq üçün bir yerdəyik.

Bu, bizim dəyərlərimizdən biri olan “Bu xalq alim deyil, amma arifdir. Bu irfanı sayəsində çox şeyi oxumuşlardan daha yaxşı hiss edər, fərq edər edər və bilər” sözlərinin sahibi milli-mənəvi dəyərlərimizi önə çıxaran əsərləri ilə könüllərimizdə taxt quran, milli ədəbiyyatımızın qurucularından olub, eyni zamanda da milli mücadiləmizin bayraq isimlərindən şair, yazıçı, hərbçi, veterinar və pedaqoq mərhum Ömər Seyfəddindir.

Mərhum Ömər Seyfəddin 1884-cü il martın 11-də Gönendə doğulub, cəmi 36 yaşında ikən 6 mart 1920-ci ildə İstanbulda vəfat edib.

Milli şüurumuzun böyük memarlarından olan mərhum Ömər Seyfəddinin;

“Türklüyü hədəf alan düşmənlər öz xəyanətkar məqsədlərinə xidmət etmək üçün həmişə öz nəfsi ilə yaşayan, müqəddəs dəyərləri tanımayan, prinsiplərini inkar edən bu cür milliyyətsiz varlıqlar axtarırlar” sözünün günümüz içində nə qədər keçərli olduğunu nə yazıq ki, dövlət, millət və sosial həyatın hər sahəsində görməkdəyik.

Yenə onun “Qorxma, sən türksən! Türklər heç vaxt, heç bir yerdə heç nədən qorxmurlar” sözlərinin işığında biz bunlara və onların iplərini tutan güclərə qarşı ölkəmiz və bütün könül çoğrafiyamızdakı qardaşlarımız üçün də dövlət, millət əl-ələ köksümüzü sipər edirik.

Çünki o bizə deyir ki, “Bir millətin təbii sərhədləri dağlar və çaylar deyil. İstinad etdiyi millətin dili və dini sərhədləridir”. Biz də bu sözlərə hər daim əməl edirik.

Ədəbiyyatımızda türkçülük hərəkatını başladan, qısa ömründə böyük uğurlara imza atan, örnək modelimiz və Türk millətinin böyük oğlu mərhum Ömər Seyfəddini vəfatının ildönümündə rəhmət, sayğı və şükranla yad edirik.

Millədimizin başqa bir böyük övladı “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” sözləri ilə Türk-İslam dünyası və digər məzlum millətlər üçün müstəqillik şifrəsi olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri 1884-cü il yanvarın 31-də Bakının Novxanı qəsəbəsində anadan olub və “Türkəm, bu baxımdan özümü xoşbəxt hiss edirəm” deyən mərhum Məhəmməd Əmin Rəsulzadə.

Siyasət və dövlət xadimi, jurnalist, yazar, böyük azadlıq mücahidi və mütəfəkkir mərhum Məhəmməd Əmin Rəsulzadənin “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” hayqırışı, fikirləri, prinsipləri, həyat fəlsəfəsi, millət və vətənpərvərliyindən alınan ilham ilədir ki, bu gün Can Azərbaycanın öz torpağı olan Qarabağda bir ağızdan “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” deyilib və Qarabağ otuz ildən sonra Bakıya qovuşmuşdur.

Böyük Atatürkün 28 may 1918-ci ildə ona göndərdiyi mesajında;

“Mən səndən üç il erkən dünyaya göz açmışam. Ancaq Türk aləmində Türkün bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb, Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən, bu bayraq enməyəcək” dediyi Türk dünyasının Böyük Övladı Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da dünyasını dəyişib, məzarı Ankaradakı Cebeci Əsri qəbiristanlığındadır.

Türk Dünyasının böyük övladı və bayraq şəxsiyyəti mərhum Məhəmməd Əmin Rəsulzadəni vəfatının ildönümündə rəhmət, sayğı və şükranla anırıq.

Böyük şairlərimizdən mərhum Fazıl Hüsnü Dağlarcanın bir şeirindəki “Millətlər böyük övladları ilə nəfəs alırlar” deyimini xatırladaraq yazımı bitirərkən, Türk Millətinin varlıq vəsiləsi olan dəyərlərimizi gözəl anlayacaq nəsillərimizin əllərində şan və şərəflə dolu keçmişdən şan və şərəflə dolu gələcəyə çatacağımıza olan inancımla size sayğı ilə salamlayıram.

Mərhumlarımızın, şəhidlərimizin, Qəzzə şəhidləri ilə birlikdə bütün dünyadan keçənlərimizin əziz ruhları üçün “Fatihə”lərinizi xahiş edirəm.

VƏSSƏLAM.

Gununsesi.info