Türkiyə Qəzza üçün hərbi təyyarə göndərdi

Türkiyə Qəzzadan 109 fələstinlini təxliyə etmək üçün Misirə hərbi təyyarə göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Səhiyyə Nazirliyinin tələbi ilə Türkiyədə müalicə alacaq 109 qardaş və bacımızı Qəzzadan təxliyə etmək üçün Hərbi Hava Qüvvələrinə məxsus A400M təyyarəsi ayrılıb. Kayseridən Misirə uçan təyyarədə 10 tibb işçisi var”, – deyə məlumatda bildirilir.

Gununsesi.info