Türkiyə qadın voleybolunda necə zirvəyə yüksəldi?

  • By admin
  • 05 Sentyabr 2023 12:10

Türkiyə Qadın Milli Voleybol Komandası ilk dəfə Avropa Çempionu oldu. “Filenin Sultanları” bu yay daha öncə Millətlər Liqasında çempion olmuşdu. Bu son zəfərin ayaq səsləri uzun zamandan bəri gəlməkdə idi. Bəs, Türkiyəni zəfərə daşıyan bu yolçuluğun arxa planında nə var?

Gununsesi.info xarici mətbuata istinadən “BBC”nin hazırladığı araşdırma yazını tərcüməsi ilə sizə təqdim edir.

Türkiyədə qadın voleybolu idmansevərlərə çempionluq xəyallarını ilk dəfə 2000-ci illərin başlanğıcında qurdurmağa başlamışdı.

Neslihan Demir, Özlem Çelik, Natalia Hanikoğlu, Gülden Kayalar və Esra Gümüş kimi adların yer aldığı heyət 2003-cü il finalında Polşaya yenilmişdi.

Ancaq bu uduzmaq belə bir uğru demək idi.

“Filenin Sultanları” ünvanı ilə anılmağa başlayan Qadın Milli Voleybol Komandası 2011, 2017 və 2021-ci ildə Avropa çempionatında zirvə üçün çarpışsa da, üçüncü olmağı bacardı.

2019-cu ildə finalda Serbiyaya yenilən qadın idmançılar Avropa Çempionatında çempionluğa növbəti dəfə yaxınlaşdı, anacaq ikinci oldu.

Eda Erdem, Melissa Vargas, Ebrar Karakurt, Gizem Örge, Zehra Güneş və Hande Baladın kimi önəmli oyunçuları olan komanda 4 il sonra Serbiya ilə 2019-cu ilin qisası ölçüsündə bir qarşılaşmaya çıxdı.

“Filenin Sultanları” Brüsseldə oynanılan finalı nəfəs kəsən bir geri dönüşlə qazandı.

Bu son zəfəri ilə birlikdə Türkiyə həm Avropa Çempionu ünvanını aldı, həm də dünyanın ən uğurlu qadın voleybol komandasına sahib oldu.

Qısa müddət öncə Millətlər Liqasında çemiopan olan və dünya sıralamasında birinci sıraya yüksələn milli komandanın bu böyük uğurunun addımlarının ayaq səsləri çoxdandan bəri duyulmaqda idi.

Türk ekolu

Türkiyənin yarım finalda qalib gəldiyi İtaliya son Avropa Çempionu, finalda yendiyi Serbiya isə 2019 və 2022-ci illərdə Dünya Çempionu olub. Ən “dişli rəqiblərə qarşı əldə edilən bu zəfərlər mental sərhədlərin aşılmasının gerçəkləşdiyini göstərir.

Qadın voleybolçular artıq meydanlara həm dünya birincisi, həm də Avropa Çempionu olan bir komanda ilə çxıacaq.

Uzun illərdir ki, voleybolda rus, Braziliya, Asiya kimi çeşidli ekolların yanında türk ekolu da inkişaf edə biləcək.

Artıq bununla bağlı tanınmış mütəxəssislər analizlər verir, işarələrin önə çıxadığını bildirilər.

Türk ekolunun bəlli özəlliyi oyunçularının hesabda məhsuldar xarakterə sahib olmalarıdır.

“Planlı və şüurlu yatırımlar var”

Türki voleybolunun qadınlar tərəfindən əldə etdiyi uğur yalnız milli komandalar səviyyəsində deyil.

CEV Qadınlar Çempionlar Liqasının 2022-2023-cü il sezonunda yarım finala qalan 4 komandadan üçün Türkiyədən idi.

“Fenerbahçe Opet”ə qalib gəln “Vakıfbank” İtaliya təmsilçisi Igor Gorgonzola Novarayı devirən “Eczacıbaşı Dynavit” ilə finalda qarşılaşdı və “Vakıfbank” lider oldu.

Bu sabit uğuru yaradan səbəblər voleybol şərhçilərinə görə bu idmana edilən planlı və şüurlu yatırımlarda gizlidir.

“Eczacıbaşı” və “Vakıfbank” ilə böyüyən türk klub yarşına daha sonra “Fenerbahçe” də əlavə edildi. Bunlar isə təməl özülə və “A” komandalarına yansıdı.

Uğurların digər səbəbləri davamlılıq və qalıcılıqdır.

İnfrastrukturun böyüməsi inkkişafı bərabərində gətirdi.

Tərcümə: Arzu

Gununsesi.info