
Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalındakı Zap və Sinat-Haftanin bölgələrinə əməliyyat təşkil edilib.
“Gununsesi.org” TRT-yə istinadən xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatları əsasında edilən hava hücumu nəticəsində hərbi bazalara hücum hazırlığında olan 6 terrorçu zərərsizləşdirilib.
Həmçinin, terrorçulara məxsus sığınacaq və silah-sursat anbarları da məhv edilib.