
Türkiyə son səkkiz ildə olduğu kimi, 2024-cü ildə də işçilərin fundamental hüquqlarının ən pis olduğu 10 ölkə arasındadır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Banqladeş, Belarus, Ekvador, Esvatini, Filippin, Qvatemala, Misir, Myanma və Tunislə birlikdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (ITUC) tərəfindən hazırlanan 2024 Qlobal Hüquqlar İndeksinin son 10-luğuna daxildir.
Qlobal Hüquqlar İndeksində ölkələrə 1 (yaxşı) ilə 5+ (çox pis) arasında qiymətlər verilir. Türkiyənin reytinqi 5 (pis) olaraq görülsə də, son 10-luqda olan ölkələr arasında yalnız Myanmanın reytinqi 5+dır.
Konfederasiyasının fikrincə Türkiyədə işçilərin hüquqları sistematik şəkildə hücuma məruz qalır və həmkarlar ittifaqları qondarma ittihamlarla mühakimə olunur.
Baş qərargahı Brüsseldə yerləşən BHİK-in DİSK, KESK, Türk-İş və Hak-İş də daxil olmaqla 169 ölkədən 340 birlik və konfederasiya üzvü var.
İndeks çərçivəsində hazırlanan hesabatda Türkiyədə işçilərin azadlıq və hüquqlarının illərdir vəhşicəsinə hücuma məruz qaldığı, həmkarlar ittifaqları və üzvlərinin xüsusilə uydurma ittihamlarla sistemli şəkildə hədəfə alındığı bildirilir.
O da bildirilir ki, Türkiyədə bir çox işəgötürən həmkarlar ittifaqı və təşkilatları dağıdıb, həmkarlar ittifaqı qurmağa cəhd edən işçiləri müntəzəm olaraq işdən çıxarır.
Bildirilir ki, 12 fevral 2024-cü ildə iflas edən Akar Tekstil fabrikini ziyarət edən Dəri Toxuculuq və Tekstil İşçiləri Həmkarlar İttifaqının (DERİTEKS) sədri Makum Alagöz, işçilərin haqlarından danışmaq üçün ayağından güllələndiyi və 2021-ci ilin May ayından etibarən Türkiyə Sağlamlıq və Sosial Xidmət İşçiləri Peşəsinin (SES) köhnə idarəçiləri olduğu qeyd edilir.
Qeyd edək ki, Arzu Çerkezoğlu bildirib ki, indeks Türkiyədə bir çox işçinin hüquqlarının hücuma məruz qaldığını bir daha təsdiqləyir.
Şəbnəm
Gununsesi.info