Türkiyə referenduma doğru – 53.63 % seçici “hə” deyir +  Yenilənir

  • By admin
  • 16 Aprel 2017 20:07

turkiye-secki

 

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsi başa çatıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, ölkənin 32 bölgəsində aparılan səsvermə yerli vaxtla 08.00 (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başa çatıb.

Ölkədə seçici fəallığı 84.05 % olub.

***

Türkiyədə bülletenlərin 36,02 %-i sayılıb.

“Milliyet” xəbər verir ki, seçicilərin 60.39 %-i referendumu dəstəkləyir, 40.07 %-i isə Konstitusiyaya dəyişiklikləri dəstəkləmir.

***

“Milliyet”in məlumatına görə, bülletenlərin 59.59 %-i sayılıb.

Seçicilərin 56.21 %-i Konstitusiya dəyişikliyinin lehinə, 43.78 %-i isə əleyhinə səs verib.

***

Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumda bülletenlərin 72.34 %-i sayılıb.

Seçicilərin 54.61 %-i referenduma “hə”, 45.38 %-i isə “yox” deyir.

***

Artıq bülletenlərin 80.89 %-i sayılıb.

Seçicilərin 53.63 %-i Konstitusiya dəyişikliyinin lehinə, 46.36 %-i isə əleyhinə səs verib.

 

Gununsesi.info