Türkiyə Rövşən Lənkəranskinin sağəli Haci Beyləqanskini azadlığa buraxıb

  • By admin
  • 18 Yanvar 2017 10:33
beyleqanski
Türkiyə hakimiyyət   “qanuni oğru” Rövşən Lənkəranskinin sağəli hesab edilən Hacıbaba Talıbxanlını (Haci Beyləqanski) azadlığa buraxıb.
Gununsesi.info “rosbalt”-a istinadən xəbər verir ki,  Hacı Beyləqanski bu yaxınlarda istintaq  təcridxanasından azadlığa buraxılıb.  Qeyd edək ki, H. Beyləqanski 2016-cı ilin avqustunda İstanbulda R.Lənkərnaski qətlə yetirləndə onun yanında olub. H Beyləqanski  R.Lənkəranskinin yaxın silahdaşlarından biri hesab edilib. Məhz Lənkəranskiyə sui-qəsd zamanı da onun yanında olub. Beyləqanskiy  R.Lənkərnaskinin  meyidini  Azərbaycana gətirməli imiş, ancaq Türkiyə polisi onu hava limanında həbs edib. H. Beyləqanski  “kriminal general”  Əlibala Həmidovun (Qoca Bakinskiy) 2013-cü ildə İstanbulda ölümndə şübhəli bilinərək  həbs edilib. Qoca Bakinskinin  ölümü ilə bağlı məsuliyyəti digər iki nəfər öz üzərinə götürdüyündən  H.Beyləqanski azadlığa çıxıb.
“Rosbalt” onu da bildirir ki, H. Beyləqanski azadlığa çıxdıqdan  sona çeçenəsilli “qanuni oğru” Hüseyn Əhmədovun “Hüseyn slepoy”  dəstəsinə qoşulub  və hazırda R.Lənkəranskinin Türkiyədəki obyektlər uöğrunda mübarizəyə girişib.
Gununsesi.info