Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ Rumıniyanın OMV Petrom neft şirkəti ilə Rumıniyaya sutkada 4 milyon kubmetrədək təbii qaz tədarük etmək üçün müqavilə imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə BOTAŞ-ın mətbuat xidmətinin məlumatında deyilir.
Açıqlamaya görə, “mavi yanacağın” tədarükü oktyabrın 1-dən başlayacaq.
BOTAŞ qeyd edib ki, tərəflər təbii qazın tədarükü, saxlanması, istehsalı və satışı, eləcə də yaşıl enerji texnologiyalarının inkişafı sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Əvvəllər türk şirkəti təbii qazın Yunanıstan, Bolqarıstan və Macarıstana ixracı ilə bağlı mühüm müqavilələr bağlayıb və bununla da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və qitədə enerji mənbələrinin şaxələndirilməsinə töhfəsini genişləndirib.
Bu çərçivədə BOTAŞ-ın bir çox ölkə və şirkətlərlə yeni ixrac müqavilələri ilə bağlı danışıqları davam etdirdiyi vurğulanıb.
Bu ilin yanvar və avqust aylarında Türkiyə müvafiq olaraq Bolqarıstan və Macarıstanla təbii qaz ixracı müqavilələri imzalayıb.
Səid Əhmədli
Gununsesi.info