Türkiyə-Rusiya münasibətləri normallaşır

  • By admin
  • 15 İyun 2016 14:24

Russian and Turkish Flags

Ankara Moskva ilə münasibətlərini normallaşdırmaq istiqamətində ciddi addımlar atır. Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, bu məqsədlə Ankara təkcə son bir həftə ərzində Moskvaya ardıcıl olaraq bir neçə ciddi mesaj verib. Bu məqsədlə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan iyunun 12-də Rusiyanın müstəqillik günü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Ərdoğan Putinə ünvanladığı təbrik məktubunda qarşıdakı dönəmdə Ryusiya Türkiyə arasındakı münasibətlərin haqq etdiyi səviyyəyə yüksələcəyinə ümid etdiyini qeyd edib. Bununla yanaşı Baş nazir Binəli Yıldrım da Rusiya baş naziri Dmitriy Medvedyevə təbrik məktubu ünvanlayıb. Ankaranın ikinci mesajı isə Türkiyə Rusiyadakı səfiri Ümid Yardımı geri çağıraraq yeni diplomat vasitəsi ilə edib. Ankra Moskavaya Brazilyadakı Hüseyn Diriözü yeni səfir təyin edib. Hüseyn Diriöz Yaxın Şərq üzrə güclü mütəxəssis olub. Üçüncü mesaj isə Rusiya səfirliynin müstəqillik günü ilə bağlı təşkil etdiyi qəbulda xeyli sayda yüksək rütbəli məmurlar iştirak edib. Düzdür, səfirliyin toplantısına iki ölkə arasındakı yaranmış vəziyyətlə bağlı Türkiyə hökumətinin nazirlərindən qatılmasa da, xeyli sayda yüksək səviyyəli məmurlar iştirak edib. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov da iki ölkə arasındakı münasibətlərə toxunaraq jurnalistlərə görüşündə deyib ki, münasibətlərin önəmli mərhələsinə qədəm qoyuruq.

HTML tutorial