Türkiyə-Rusiya-Suriya olaraq bir prosesə başladıq - Ərdoğan

  • By admin
  • 05 Yanvar 2023 18:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan, danışığında  Suriya gündəmini dəyərləndirdiklərini deyib: “Bu gün səhər cənab Putinlə görüşüm oldu. Türkiyə-Rusiya-Suriya olaraq bir prosesə başladıq. Sonra xarici işlər nazirlərimizi bir araya gətirəcəyik. Sonra baş verənlərə görə lider olaraq bir araya gələcəyik. Bizim narahatçılığımız sakitliyi qorumaq və sülhü bərqərar etməkdir”.

 

Tərcümə:

Afət