Türkiyə, Rusiya və İran prezidentləri İstanbulda bir araya gələcəklər

  • By admin
  • 30 Mart 2018 15:48

Türkiyə-Rusiya-İran prezidentləri  Rəcəb Tayyib Ərdoğan,  Vladimir Putin və Həsən Ruhani gələn həftə aprelin 4-də İstanbulda yenidən bir araya gələcək.

Gununsesi.info İLNA-ya istinadən xəbər verir ki, üç ölkənin dövlət başçılrının Zirvə  görüşündə əsas müzakirə olunacaq məsələ  Suriya böhranın həlli yolları və atılacaq addımlarmüzakirə olunacaq.

İstanbulda Zirvə görüşü 3 mərhələdən ibarət olacaq. Dğvlət başçıları səviyyəsində, xarici işlər nazirləri və ekspertlər səviyyəsində  görüşlər keçiriləcək.

 Toplantıda iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin, XİN başçısı Sergey Lavrov, İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Mühəmməd Cavad  Zərifi Türkiyəyə səfər edəcəklər.

 Qeyd edək ki,3 ölkənin dövlət başçılarının bundan öncəki toplantısı Rusiyanın Soçi şəhərində keçirilib. 

Gununsesi.info