
Türkiyənin “Esta Construction” şirkəti Rusiyanın Saratov şəhərində hava limanı inşa edəcək.
Axar.az xəbər verir ki, şirkət 100 milyonluq tenderdə qalib gəlib.
Şirkət 35 min kvadrat metr ərazisi olan hava limanının xüsusi binalarını, asfalt yollarını, avtomobil dayanacaqlarını və səkilərini də inşa edəcək.
Tenderdə Rusiya, Türkiyə, İtaliya və Çexiyadan olan 20 şirkət iştirak edib.
Qeyd edək ki, “Esta Construction” Rusiyanın ən gözəl stadionu olan “Krasnodar Arena”nı da inşa edib.
Gununsesi.info