Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion “S-400” kompleksi alıb

  • By admin
  • 27 Dekabr 2017 09:10

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından tədarük etməyə başlayacağıq”, – deyə o bildirib.

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.

Gununsesi.info