Türkiyə səfiri ABŞ diplomatını kürsüdən yerə endirdi – VİDEO

  • By arzu
  • 21 Noyabr 2019 18:02

Rumıniyanın Konstansa  şəhərində baş tutan bir tədbirdə diqqətçəkici hal yaşanıb.

Gununsesi.org “Time Türk”-ə istinadən xəbər verir ki, danışmaq üçün kürsüyə yaxınlaşan ABŞ diplomatını Türkiyə səfiri kürsüdən endirib.

Hadisə Türkiyənin Konstansa səfirliyi tərəfindən hazırlanan “Mevlidi Nəbi” tədbirində baş verib.

Tədbirdə ABŞ-ın Buxarest səfirliyinin diplomatlarından Abigail Rupp danışmaq üçün kürsüyə yaxınlaşıb.Türkiyənin Konstansa səfiri Sülhi Turan vəziyyətə müdaxilə edib. Proqramda belə bir çıxışın yer almadığını bildirərək diplomata mədəni formada xəbərdarlıq edib.

Bundan sonra Rup da təşəkkür edərək çıxış etmədən səhnədən enib.

 

Gununsesi.org