Bu gün saat 14.00-da Türkiyənin Azərbaycandakı səfirliyində dekabrın 10-də İstanbulda törədilmiş terror hücum ilə əlaqədar xatirə kitabı açılıb.
Gununsesi.info xəbər verir ki, xarici ölkələrin diplomatları, Azərbaycanın ictimai və siyasi xadimləri kədərlərini ifadə etmək və Türkiyənin dərdinə şərik olduqlarını göstərmək üçün səfirliyə gəlir, xatirə kitabında qeydlərini yazırlar.
Azərbaycan hökuməti adından Baş nazirinin müavini Abid Şərifov da xatirə kitabında ürək sözlərini yazıb. A.Şərifov terror hücumu nəticəsində çoxsaylı ölən və yaralananın olması barədə xəbərin bizi dərindən sarsıtdığını qeyd edib: “Acınızı bölüşür, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.”
Səfirliyi ziyarət edən diplomatlar və ictimaiyyət nümayəndələri terroru qətiyyətlə lənətləyərək, ona qarşı amansız mübarizə aparmağın vaciblyini qeyd etməklə yanaşı, Türkiyənin yanında olduqlarını bəyan edirlər.
Xatirə dəftəri iki gün davam edəcək. Ziyarət etmək istəyənlər üçün xatirə dəftəri dekabrın 16-da saat 10.00-dan axşamadək açıq olacaq və istənilən şəxs səfirliyə gedib xatirə kitabına fikrini qeyd edə bilər.
Xatırladaq ki, İstanbulun “Beşiktaş” futbol klubunun ev oyunlarını keçirdiyi “Vodafone Arena” stadionu yaxınlığında törədilmiş terror aktında 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.
Mürtəza
Gununsesi.info