
Türkiyənin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Tvitter hesabında paylaşım edib.
Gununsesi.info-nun məlumatına görə, paylaşımda deyilir:
“30 il əvvəl Azərbaycanın Xocalı şəhərinə erməni silahlı dəstələrinin etdiyi hücum nəticəsində şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Azərbaycanlı bacı-qardaşlarımızın Xocalıda qarşılaşdıqları ağrı-acını dərindən hiss edirik”.
Gununsesi.info