Türkiyə şəhid verdi – FOTO

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlaq terrorçuların atəşi nəticəsində şəhid olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd edilib ki, hərbçi sentyabrın 30-da yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, R. Parlağın həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler şəhidin ailəsinə başsağlığı verib.