Türkiyə şəhidlərinin qisasını aldı: PKK-nın xüsusi təhlükəli terrorçusu məhv edildi – FOTO

  • By admin
  • 16 Fevral 2024 12:50

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı ilə Suriyanın Qamışlı şəhərində “Sorhin Rojilat” ləqəbli PKK terrorçusu Fatma Səkanə zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, Sakana 2006-cı ildə İranda PKK-ya qoşulub. 2010-2012-ci illərdə Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində cinayət əməlləri həyata keçirib.

2 sentyabr 2012-ci ildə Şırnakın Beytyuşşebap rayonunda 10 Türkiyə əsgərinin şəhid olduğu hücumun təşkilində iştirak edib.

Sakana daha sonra Suriya və İraqda PKK tərkibində terror fəaliyyətini davam etdirib.

İraqda olarkən PKK liderlərindən biri Duran Kalkanla əməkdaşlıq edib.

Gununsesi.info