Türkiyə yaza qədər yeni bazaların infrastrukturunu tamamlayacaq və terrorçular yenidən oraya ayaq basmaq imkanından məhrum olacaq.
Gununsesi.info xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada ağsaqqallarla görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə öz hüdudlarından kənarda əməliyyatları davam etdirir və terrorçuların “çirkli varlığı ilə vətəni çirkləndirməsinə” imkan verməyəcək.
“Əgər bu gün sərhədlərimiz daxilində terrora son qoyulursa, bunun ən mühüm səbəbi İraq və Suriyada apardığımız əməliyyatlardır”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri bildirib ki, dekabrın 22-dən həyata keçirilən əməliyyatlar zamanı 59 terrorçu zərərsizləşdirilib.
“Biz heç vaxt şəhidlərimizin qanını yerdə qoymayacağıq”, – deyə o əlavə edib.
Ərdoğanın sözlərinə görə, Türkiyə son terrorçu ölkə və xalq üçün təhlükə yaratmağı dayandırana qədər əməliyyatları qətiyyətlə davam etdirəcək.
Gununsesi.info