Türkiyə sərhədində partlayış -1 ölü, 11 yaralı

  • By admin
  • 13 Noyabr 2016 19:32

partlayis

 

Suriyanın Azez mahalında bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 1 nəfər ölüb, 11-isə yaralanıb.

Axar.az xəbər verir ki, hadisə Türkiyə ilə sərhəddə, müxaliflərin nəzarətindəki ərazidə baş verib.

Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Vəziyyət daha ağır olanların isə Türkiyəyə aparıldığı bildirilib.

Partlayışla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Gununsesi.info