Türkiyə ŞƏRT QOYDU: Yalnız bu halda Rusiyadan...

  • By admin
  • 11 Aprel 2022 14:02

ABŞ Konqresinin F-16 qırıcılarını satmaqdan imtina edəcəyi təqdirdə Türkiyə Rusiyanın Su-57 təyyarələrini almaq imkanını nəzərdən keçirəcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ankara Vaşinqtondan artıq Türkiyə ilə xidmətdə olan F-16-lar üçün 40 F-16 Block 70 döyüş təyyarəsi və 80 ədəd Block 70 təkmilləşdirmə dəsti tələb edib. Bu tələb Konqres tərəfindən təsdiqlənməsə, Türkiyə Rusiya istehsalı olan Su-57-lər də daxil olmaqla alternativlər axtarmağa başlayacaq.

Bundan əvvəl Amerikanın “Popular Mechanics” jurnalı Su-57 qırıcılarının xidmətləri haqqında məqalə dərc edib. Nəşr iddia edib ki, qırıcı düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən diqqətdən kənarda qalaraq, hava-hava və hava-yer tipli raketlərdən istifadə etmək iqtidarındadır. Təyyarənin yaradılmasına mane olan səbəblər maliyyə çatışmazlığı və texniki problemlər, xüsusən də ikinci mərhələnin mühərriki olan “məhsul 30” ilə bağlı gecikmələrdir.

Gununsesi.info