Türkiyə S-400-dən imtina etməyəcək

  • By admin
  • 23 Mart 2022 10:27

Türkiyə ABŞ-ın təzyiqi altında Rusiyanın S-400 zenit-raket komplekslərindən imtina etmək fikrində deyil.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir “İzvestiya”ya açıqlamasında deyib.

O bildirib ki, Türkiyə öz siyasətini təyin etmək iqtidarındadır: “S-400-dən imtina bizim üçün müzakirə mövzusu deyil. Biz bu məsələni keçmişdə müzakirə etmişik. Bundan imtina da müzakirə olunmur”.

Xatırladaq ki, bundan əvvəl məlumat verilmişdi ki, ABŞ Türkiyə ilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edir. Bu mövzu ABŞ dövlət katibinin müavini Vendi Şermanın martın əvvəlində Ankaraya səfəri zamanı müzakirə olunub.

Gununsesi.info