Türkiyə: “S-400” istifadəyə hazırdır

  • By admin
  • 11 Yanvar 2021 17:06

Türkiyənin Rusiyadan aldığı S-400” zenit raket kompleksləri istismara hazırdır.

 

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir açıqlama verib.

““S-400” istifadəyə hazırdır, silahlı qüvvələr belə bir ehtiyac yarandıqda qərar verəcəklər”,- deyə Dəmir qeyd edib.

Bundan əlavə, müdafiə sənayesinin rəhbəri Vaşinqtonun kənarlaşdırma qərarına baxmayaraq, türk müəssisələrinin Amerikanın “F-35” qırıcılarının beşinci nəslinin yaradılması layihəsi çərçivəsində işlərini davam etdirdiyini bildirib.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskvanın Ankaraya “S-400” komplekslərinin tədarükü üçün müqavilə imzalamışdılar. Bununla Türkiyə Rusiya Federasiyasından “S-400” sistemlərini alan ilk NATO ölkəsi olub.

Gununsesi.org