Türkiyə sahillərində 15 miqrant suya batdı

  • By admin
  • 03 Yanvar 2020 17:48

Türkiyənin Fəthiyə bölgəsi sahillərində 15 miqrantın olduğu rezin qayıq batma təhlükəsi ilə üzləşib.

Gununsesi.org xəbər verir ki, onların köməyinə sahil təhlükəsizlik qüvvələrinə məxsus 3 qayıq, təyyarə və helikopter göndərilib.

Məlumata görə, xilasetmə əməliyyatı həyata keçirən qüvvələr 3-ü qadın olmaqla 8 miqrantın cəsədini sudan çıxarıb.

İtkin düşən 7 miqrantın axtarışı davam etdirilir.

Gununsesi.org