Türkiyə Silahlı Qüvvələri daha 6 terrorçunu zərərsizləşdirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
Nazirliyin paylaşımında Suriyanın şimalındakı PKK/YpG-nin Fərat Qalxanı bölgəsində hücum hazırlığında olduqları bildirilib.
Müəyyən edilən terrorçular uğurlu hərbi əməliyyatla zərərsizləşdiriliblər.
“Tək istəkləri bölgəni qana bulamaq olan PKK/YPG terrorçularına haqq etdikləri kimi müdaxilə etməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimizin uğurlu əməliyyatı ilə 6 terrorçu təsirsiz hala gətirilib”- , deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb.
Tərcümə: Arzu