Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 5 PKK terrorçusunu məhv etdi

  • By admin
  • 11 Mart 2024 15:50

İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində və Hakurk bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə martın 11-də Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı qətiyyətli və effektiv mübarizəni davam etdirəcək.

Müdafiə Nazirliyi əlavə edib ki, “Pençe-Kilit” əməliyyatı zonasında 3, Hakurk bölgəsində isə 2 terrorçu məhv edilib.

 

Gununsesi.info