Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı açıqlama yayıb

  • By admin
  • 19 İyul 2016 15:20

turkiye

 

 

Türkiyə Silahlı Qüvvələri (TSK) ölkədə baş verən son hadisələrlə bağlı açıqlama yayıb.

 

Gununsesi.info xəbər verir ki, apa-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, FETÖ terror təşkilatının iyulun 15-də axşam saatlarında başladığı dövlət çevrilişi cəhdinin qarşısı iyulun 17-də günorta saatlarında tam alınıb: “Hazırda Türkiyə Silahlı Qüvvələrində nəzarət tam ələ keçirilib. Türkiuə Cümhuriyyətinə, Silahlı Qüvvələrə və türk millətinə bu rəzaləti, zülmü yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar”.

 

Gununsesi.info