
Türkiyə Milli Müdafiə Nazirliyi bildirir ki, Suriyanın şimalında həyata keçirilən hava hücumları zamanı terrorçuların qərargah, sığınacaq və anbar adlanan yerlərdən ibarət 15 obyekti məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, Milli Müdafiə Nazirliyininin yaydığı məlumata görə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, saat 22.00-da mülki əhaliyə və təhlükəsizlik qüvvələrinə qarşı terror təhdidlərinin aradan qaldırılması məqsədi ilə Suriyanın şimalında terrorçuların hədəflərinə havadan zərbələr endirilib.
Hava hücumları nəticəsində terror qruplaşmalarının liderlərinin gizləndiyi güman edilən qərargah, sığınacaq və anbar adlanan yerlərdən ibarət 15 hədəf məhv edilib.
Əməliyyat zamanı yüksək dəqiqliyə malik məişət sursatlarının istifadəsi sayəsində çoxlu sayda terrorçu zərərsizləşdirilib.
“Hava əməliyyatı zamanı mülki şəxslərə, dost elementlərə, tarixi-mədəni dəyərlərə və ətraf mühitə zərər vurmamaq üçün bütün tədbirlər görülüb”, – Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Səid Əhmədli
Gununsesi.info