Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3 PKK/YPG terrorçusunu məhv etdi

  • By admin
  • 14 Fevral 2024 12:35

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Fərat qalxanı” və “Barış pınarı” antiterror əməliyyatları zonasında yaraqlılar zərərsizləşdirilib.

Müdafiə Nazirliyi terrorizmlə mübarizəni tamamilə məhv edilənə qədər davam etdirmək əzmində olduğunu vurğulayıb.

Gununsesi.info