Yüzlərlə kamikadze dronları Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil olacaq.
Gununsesi.org-un məlumatına görə, bu dronlar hədəfi dərhal aşkarlamaq, izləmək və məhv etmək qabiliyyətini təmin edəcəkdir.
Bildirilib ki, Türkiyə Müdafiə Sənayəsi ilə “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş” şirkəti arasında mini dronların tədarükü ilə bağlı müqavilə imzalanıb. Həmin şirkət sistem mühəndisliyi, texniki dəstək, layihə rəhbərliyi, texnologiya ötürülməsi və logistika xidmətlərini göstərir.
Müqaviləyə əsasən, səs-küy səviyyəsi aşağı və təkmilləşdirilmiş hədəf aşkaretmə alqoritminə malik olan 356 yeni nəsil Kargu-2 kamikaze dronları alınacaq.
Gununsesi.org