
Türkiyə Somalidə ilk hərbi bazasını açıb.
Gununsesi.info “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, Türkiyə “Müdafiə Sənaye Əməkdaşlıq Sazişi” çərçivəsində ilk hərbi bazasını Somalidə qurub. Hərbi təlim bazası olaraq fəaliyyət göstərəcək bu düşərgədə, Türk əsgərləri somalili hərbçilərə təlim keçəcək. Birləşmiş Millətlər Təşkilatı da buna öz razılığını verib.
İlkin mərhələdə 200 türkiyəli təlimçi radikal ekstremist qruplaşmasına qarşı mübarizə üçün 1500 somalili hərbçiyə təlim keçəcək. Ümumilikdə isə 10 min 500 somalili əsgər bu bazada təlim keçəcək.
Qeyd edək ki, Somalidə hərbi baza quracağı digər bir ölkə isə Qətər olacaq.
Anar
Gununsesi.info