
Türkiyə şou-biznesində şok! İddia edilir ki, ABŞ-da həbsdə olan Rza Zərrab həyat yoldaşı Ebru Gündeşi izlətdirib. O məşhur sənətçinin Başakşehir futbol klubunun qapıçısı Ufuk Ceylan ilə fotoşəkillərini çəkdirib. Həmin fotoşəkillər xəyanət faktı kimi boşanma sənədlərə girib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, həyat yoldaşından ayrılmaq istəməyən Rza Zərrab Ebru Gündeş haqqında sevgi şayiələrini eşitdikdə işə vəkillərini qatıb. Gənc iş adamının vəkili Şeyda Yıldırım bir qrup şəxs ilə müğənnini izləyib. Ebru Gündeş ilə Başakşehir futbol klubunun ehtiyat qapıçısı Ufuk Ceylan evdən çıxarkən xəfiyyələrin kameralarına tuş gəlib. İşin ən pis tərəfi isə odur ki, onlar Rza Zərrabın Ebru Gündeşə toy hədiyyəsi kimi aldığı villada görüşüblər. Həmçinin, belə bir ehtimal var ki, bu fotoşəkillərin qarşılığında susan iş adamı bir müddət sonra ciddi şəkildə hərəkətə keçə bilər.
Nigar Cəfərli
Gununsesi.info