Türkiyə Super Kuboku uğrunda keçiriləcək matçla bağlı qərar verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, görüş aprelin 7-si Şanlıurfa şəhərində təşkil olunacaq. Belə ki, “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbaxça” üz-üzə gələcək.
Qeyd edək ki, “Fənərbaxça” Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.
Gununsesi.info