Türkiyə Suriya və İraqda quru əməliyyatına başlaya bilər

  • By admin
  • 24 Noyabr 2022 12:12

Türkiyə dekabrdan sonra Suriya və İraqda genişmiqyaslı quru əməliyyatına başlaya bilər.

Gununsesi.info xəbər verir ki, bu haqda “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi məlumat verib.

Selvinin sözlərinə görə, İraqdakı hava əməliyyatının dekabrda başa çatacağı gözlənilir. Bundan sonra Suriyada quru əməliyyatı üçün geri sayım başlayacaq.

Köşə yazarı vurğulayıb ki, bu dəfə bölgədə daha böyük əməliyyat planlaşdırılır.

“İstiqlal hücumundan və Karkamışa atılan raketlərdən sonra quru əməliyyatı gözləntiləri daha da güclənib. Ərdoğan Suriyada Tel Rıfat, Mənbic və Ayn əl-Ərəb şəhərlərində quru əməliyyatının keçiriləcəyinin anonsunu verdi. Hava əməliyyatlarımıza davam edərkən, bizim üçün ən münasib vaxtda terrorçuları qurudan da məhv edəcəyik”, – A.Selvi əlavə edib.

Qeyd edək ki, noyabrın 20-də Türkiyə Milli Müdafiə Nazirliyi “Pəncə-Qılınc” əməliyyatının başladığını elan edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalındakı əməliyyatları hələ başlanğıcdır.

Gununsesi.info