
Türkiyə bu ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətinə görə yay aylarında Suriyada hərbi əməliyyatlara əl ata bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşr daha əvvəl də PKK ABŞ-ın dəstəyi ilə avqustda Suriyanın nəzarəti altında olan bölgələrində yerli seçkilər keçirməyə hazırlaşdığını bildirib.
Hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi yeni nəşrində Suriyada yayın “isti” olacağını bildirib:
“Əgər Türkiyə regional oyunçularla birlikdə avqustda keçiriləcək seçkiləri təxirə sala bilməsə, hərbi əməliyyatlar məsələsi gündəmə gələ bilər. Türkiyə hər iki varianta hazırdır” -deyə o, əlavə edib.
Xatırladaq ki, ötən gün Türkiyənin “Gerçekgündem” nəşri Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb ki, Türkiyə ABŞ-ın Suriyada PKK ilə bağlı fəaliyyətini izləyir.
Bundan bir qədər əvvəl ölkədə ABŞ və partiya nümayəndələri arasında birgə təlimlər keçirilib.
Şəbnəm
Gununsesi.info