Türkiyə Suriyada hərbi baza yaradıb

  • By admin
  • 28 Fevral 2017 21:26

y

 

Türk ordusu Suriyanın bir qədər əvvəl İŞİD-dən azad edilmiş El-Bab şəhərinin strateji hissəsində müvəqqəti hərbi baza yaradıb.

Gununsesi.info bildirir ki, Trend-in məlumatına görə, bu barədə “Hurriyet Daily News” qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, baza El-Babdakı yüksəklikdə yerləşir.

Bazanın türk ordusunun zirehli texnikasının təmiri və dislokasiyası üçün istifadə edildiyi bildirilir.

Gununsesi.info