Türkiyə Suriyada İŞİD-in 57  obyektini məhv etdi

  • By admin
  • 08 Noyabr 2016 12:06
bomba
Türk Silahı Qüvvələri (TSK)  ötən gün ərzində  Suriyanın şimalında həyata keçirdiyi  “Fırat Kalkanı” hərbi əməliyataalrı çərçivəsində  İŞİD-ə məxsus 57 obyektinə zərbələr endirərək  məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə TSK Baş qərargahının yaydığı məlumatda bildirilir. Baş qərargahın yaydığı  məlumata görə,  Türk ordusu sutka ərzində PKK-nın da  bir hədəfini məhv edib.
Azad Suriya ordusu isə ötən sutka ərzində   Əl-Rayi və Mari şəhərləri ətrafındakı  terrorçuların nəzarətində olan 3 yaşayış məntəqsini öz nəzarətlərinə qaytarıb. Sutka ərzində keçirilən əməliyyatlar nəticəsində 7 Azad Suriya Ordusunun hərbçisi yaralanıb, 11 İŞİD terrorçusu və iki avtomobili məhv edilib.
Gununsesi.info